waplog

İri ticarət obyektində külli miqdarda pirotexniki məmulatlar aşkarlanıb


Bayram ərəfəsində gömrük nəzarətindən gizli pirotexniki məhsulları, partlayıcı maddələri ölkəmizə gətirməyə cəhd göstərən cinayətkar ünsürlərin sayında artım müşahidə olunur. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən "Sədərək" Ticarət Mərkəzində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində isə külli miqdarda pirotexniki məmulatlar və fişənglər aşkarlanıb.

Belə ki, adıçəkilən ticarət mərkəzində Azərbaycan vətəndaşları - Şəfəqqətov Eldost Elşad oğlu, Rəhimov Maqsud Böyükağa oğlu, Şahbazov Nizami Şahbaz oğlu və Ağayev Ramin Ayaz oğlundan Çində istehsal olunmuş, Azərbaycana gətirilməsi barədə heç bir müvafiq sənədi olmayan 431 min 109 ədəd yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatlar və 685 ədəd fişənglər aşkarlanaraq götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL