waplog

“ABBYY” şirkəti “Android” üçün skaner-tərcüməçi istifadəyə verib


"ABBYY" şirkətinin "Android" mobil əməliyyat sistemi üçün istifadəyə verdiyi tətbiq smartfon və ya planşetin kamerası ilə çəkilmiş mətni "tanıya" və onu digər dillərə tərcümə edə bilir. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, tətbiq "ABBYY TextGrabber + Translator" adlanır.

O, "Android" mobil əməliyyat sisteminin 2.2 və daha yeni versiyaları altında çalışan qurğularda işləyir. "Google Play" mağazasında yerləşdirilmiş tətbiqin qiyməti 3 dollar təşkil edir. Tətbiqdə "ABBYY" şirkətinin hazırladığı simvolların optik tanınması texnologiyasından (OCR) istifadə edilib.

"TextGrabber + Translator" məqalədəki rəqəmli fotonu və ya kitabın səhifələrini təhlil edərək mətn məlumatlarını əldə edir. Əldə edilmiş mətni digər proqramlara köçürmək, sosial şəbəkədə dərc etmək və ya digər dilə tərcümə etmək mümkündür. Mətnin tərcüməsi "Google Translate" xidməti vasitəsilə həyata keçirilir və bu, mobil qurğu internetə qoşulduğu halda mümkündür.

Xatırladaq ki, "TextGrabber + Translator" tətbiqinin "iPhone" qurğusu üçün versiyası 2011-ci ilin sentyabrında istifadəyə verilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL