Şamaxı Astrofizika Rəsədxanasında “Astronomik tədqiqatlar”la bağlı 23 iş yerinə yetirilib
AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2012-ci ildə rəsədxanada "Astronomik tədqiqatlar" elmi istiqaməti üzrə "Ulduz və dumanlıqların kompleks tədqiqi" və "Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası"na dair problemləri əhatə edən 8 mövzu üzrə 23 iş yerinə yetirilib.
Bu barədə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) keçirilən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi İnstitutlarının 2012-ci il üçün hesabat iclasında məlumat verib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Ə.Quliyev rəsədxana əməkdaşlarının 45 elmi məqaləsinin (onlardan 10-u xarici ölkələrdə, o cümlədən 4-ü elmi istinad indeksli jurnallarda), "Azərbaycan Astronomiya" jurnalının 4, "Sun and Geosphere" jurnalının isə 2 sayının çap olunduğunu qeyd edib.
Rəsədxanada 2 doktorantın, 2 dissertantın çalışdığını diqqətə çatdıran Ə.Quliyev əməkdaşlar tərəfindən 2012-ci ildə də Bakı şəhərinin ali və orta təhsil ocaqlarında astronomiya, astrofizika, səma mexanikası və digər fundamental elm sahələrinin tədris olunduğunu söyləyib.
Həmçinin, hesabat ilində dünyanın qabaqcıl elmi-texniki təşkilatları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, əməkdaşların həm ölkə daxilində, həm də xaricdə keçirilən simpozium, konqres və konfranslarda iştirak etdiyini qeyd edib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL