waplog

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutları hesabat verdi


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2012-ci il üçün hesabat iclası keçirilib. "ICTnews" elektron xəbər xidmətinə İTİ-dən verilən məlumata görə, AMEA Fizika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov fundamental və tətbiqi xarakterli elmi tədqiqat işlərinin 3 əsas istiqaməti (Kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki əsasları və texnikası; Nüvə fizikası; Energetikanın fiziki-texniki problemləri) əhatə etdiyini qeyd edib: "İnstitutda 8 problem üzrə 8 mövzunu əhatə edən 42 elmi tədqiqat işi 53 mərhələdə yerinə yetirilib.

Hesabat ilində institut əməkdaşları tərəfindən 362 məqalə - 260-ı xarici jurnallarda, o cümlədən 169-u elmi istinad indeksli jurnallarda, 3 kitab və 2 monoqrafiya çap olunub. İnstitutda ümumilikdə 17 qrant üzrə işlər yerinə yetirilib". AMEA Radiasiya Problemləri İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov bildirib ki, 2012-ci hesabat ilində institutda elmi-tədqiqat işləri 4 istiqamət – "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi", "Bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı", "Radioekologiya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi" və "Alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi, enerji çevrilmə proseslərinin, ekoloji təmiz və təhlükəsiz energetikanın fundamental problemləri" üzrə yerinə yetirilib.

Hesabat ilində 4 problem üzrə 13 mövzuya uyğun 25 işin yerinə yetirildiyini söyləyən alim institutda 6 doktorantın dissertasiya işinin müdafiə olunduğunu və institut əməkdaşları tərəfindən 187 məqalənin (onlardan 86-sı xaricdə) dərc olunduğunu nəzərə çatdırıb. AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə elmlər doktoru Soltan Əliyev institutda elmi-tədqiqat işlərinin əsasən 2 istiqamət - riyaziyyat və mexanika sahələri üzrə aparıldığını deyib: "Bu elmi istiqamətlərdə 8 problemi əhatə edən 15 mövzu üzrə 129 tədqiqat işi aparılıb və mühüm nəticələr əldə olunub".

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olunub.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL