Sərnişin və sürücülər paytaxt yollarındakı vəziyyət barədə məlumatı mobil telefon vasitəsilə əldə edəcəklər
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişinlərin və sürücülərin yollardakı hərəkətini rahatlaşdırmaq üçün mobil telefonlar üçün proqram təminatı istifadəyə verib.
Belə ki, proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi, real vaxtda Bakının avtomobil yollarının vəziyyəti haqqında, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında elanlar və digər məlumatlar əldə edə bilər. "ICTnews" elektron xəbər xidmətinə mərkəzdən verilən məlumata görə, proqram təminatı tamamilə pulsuzdur və artıq istifadəyə verilib.
Hazırda proqram təminatı "iPhone 3GS", "iPhone 4", "iPhone 4S", "iPhone 5", "iPod touch" (3-cü nəsil), "iPod touch" (4-cü nəsil), "iPod touch" (5-ci nəsil) və "iPad iOS 4.3" qurğuları tərəfindən dəstəklənir. Həmçinin "iPhone 5" üçün də uyğunlaşdırılıb.
Proqram təminatını aşağıdakı linkdən yükləmək mümkündür: "https://itunes.apple.com/az/app/baku-its/id587351186?mt=8"
Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL