«İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti» mövzusunda Respublika Elmi Konfransı keçirilib
Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyi münasibətilə «İnformasiya cəmiyyəti və kitabxana-informasiya fəaliyyəti» mövzusunda Respublika Elmi Konfransı keçirilib.
"ICTnews" elektron xəbər xidmətinə BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib ki, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində görülən böyük işlərin reallaşmasında Kitabxanaçılıq-informasiya fakültəsinin xidmətlərini xüsusilə qeyd edib.
Bildirib ki, bu fakültə cəmiyyətin informasiya tələbatının ödənilməsində, xalqımızın maarif¬ləndiril-məsində, elmi-texniki tərəqqinin təmin olunmasında mühüm rol oyna¬yan, xalqımızın milli-mədəni sərvəti olan kitabxanalar və nəşriyyat sistemi üçün yüksəkixtisaslı kadrlar hazırlayan ilk və əsas təhsil - elm mərkəzidir.
Rektor respublikamızda ali kitabxanaçılıq təhsilinin inkişafı sahəsində böyük uğurlar qazanıldığını, fakültənin kitabxanaçılıq təh-silinin və kitabxanaşünaslıq elminin ən qabaqcıl mərkəzlərindən birinə çevrildiyini qeyd edib.
Bildirib ki, bu uğurlar fakültənin ilk dekanı olmuş və 25 ildən artıq ona rəhbərlik etmiş, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, «Şöhrət» ordenli, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Xələfovun və fakültə kollektivinin gərgin əməyi, məhsuldar elmi-pedaqoji fəaliyyəti nəticəsində əldə olunub.
Professor Abuzər Xələfov nəinki öz spesifikasına görə universitetin digər fakültələrindən fərqlənən yeni fakültə yaradıb, həmçinin onun uzunmüddətli dinamik inkişafını təmin edən milli kitabxanaçılıq təhsili konsepsiyası işləyərək həyata keçirib.
Sonra «Kitabxanaçılıq-informasiya fakültəsinin inkişaf dina¬mikası» mövzusu ilə fakültənin dekanı, dosent Azad Qurbanov çıxış edib. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Prezident Administrasiyası kitabxanasının direktoru Mahir Əhmədov, Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, professor Abuzər Xələfov çıxış ediblər.
Sonda fakültənin bir neçə müəllimi Təhsil Nazirliyi və BDU tərəfindən müxtəlif mükafatlarla təltif ediliblər. Respublika Elmi Konfransı çıxış və təbriklərlə işini başa vurub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL