waplog

Piratçılığın qarşısını almaq üçün kompüter proqramlarına xüsusi nəzarət markaları yapışdırılacaq


2012-ci ildə ölkədə piratçılığa qarşı mübarizə daha da gücləndirilib, müəlliflərin və digər hüquq sahiblərinin müraciətlərinə baxılmasında operativliyin artırılması məqsədi ilə Müəllif Hüquqları Agentliyinin nəzdində 960 nömrəli "Qaynar xətt" açılıb.

Hesabat ilində "Qaynar xətt"ə 700-dən çox müraciət daxil olub. Bu müraciətlər müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından dərhal araşdırılır, agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülür, agentliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə rəsmiləşdirilərək, baxılmaq üçün aidiyyəti orqanlara göndərilir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, qurumun nəzdində ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası"nın işi gücləndirilib: "Müvafiq dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2012-ci ildə müxtəlif seqmentlər üzrə 8-21% aşağı düşüb, xeyli sayda pirat CD, DVD, audio və videokaset nüsxələri satış şəbəkələrindən çıxarılıb:

"Hesabat ilində "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlayıb. Belə ki, pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması üçün əsərlərin, fonoqramların, kompüter proqramlarının və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq".

Hüquqların təminatı sisteminin gücləndirilməsi məqsədilə agentliyin tabeliyində yaradılmış "Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi"nin fəaliyyəti üçün texniki təminat məsələlərinin həlli başa çatdırılmış, həmçinin mərkəzdə Smart sisteminə əsaslanan Təlim mərkəzi yaradılıb.

Bununla yanaşı, Avropa ölkələrində fəaliyyət göstərən əqli mülkiyyət sahəsində ixtisaslaşdırılmış məhkəmələrin və ayrı-ayrı ölkələrin hüquq-mühafizə orqanlarının nəzdindəki müvafiq bölmələrin təcrübəsi öyrənilib və Azərbaycanda da bu təcrübədən istifadə olunması üçün müvafiq təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL