waplog

Azərbaycanda kreativ sənayenin ÜDM-də iqtisadi payı 2 dəfədən çox artıb


Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin (kreativ sənayenin) ümumi daxili məhsulda (ÜDM-də) əhəmiyyətinin artması ilə əlaqədar, Müəllif Hüquqları Agentliyinin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırladığı xüsusi metodika əsasında kreativ sənayenin ÜDM-də iqtisadi payı hesablanıb.

"ICTnews" elektron xəbər xidmətinə agentlikdən verilən məlumata görə, müəyyən edilib ki, 2007-ci illə müqayisədə bu pay 2 dəfədən çox artaraq 4,5%-ə çatıb. Məsələnin vacibliyi nəzərə alınaraq, "Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) ümumi daxili məhsulda iqtisadi payının hesablanması və qeyri-maddi aktivlərin qiymətləndirilməsi haqqında" Nazirlər Kabinetinin Qərar layihəsi hazırlanıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL