waplog

2012-ci ildə istehsaldan çıxarılmış cihazların onluğu


Digər illərdə olduğu kimi, geridə qoyduğumuz 2012-ci ildə də vaxtilə məşhur olmuş bəzi məhsullar istehsaldan çıxarıldı və bu, bazar tendensiyalarının dəyişməsindən xəbər verir. 2012-ci ildə "Apple" plastik korpusda hazırlanmış 13.3 düymlü "MacBook" noutbukunun daha istehsal edilməyəcəyini elan etdi.

Qeyd edək ki, 2011-ci ildə şirkətin qurğunun satışından imtina etməsinə baxmayaraq, lakin noutbuk daha 1 il təhsil müəssisələri üçün əlçatan olub.

Şirkət "MacBook"un əvəzinə 11,6 düymlü "MacBook Air"-i istehsal etməyə başladı. Onun qiyməti daha baha olsa da, lakin daha müasir elektron içliyə və yüngül alüminium korpusa malikdir. Xatırladaq ki, şirkət "MacBook" noutbukunu 2006-cı ildən etibarən istehsal edirdi.

"Amazon Kindle DX" 2012-ci ildə istehsaldan çıxarılmış ikinci qurğudur. İstehsalçı öz qərarı ilə bağlı heç bir şərh vermədi. 2012-ci ilin sonunda "iPad 3" planşet kompüteri öz yerini daha müasir "iPad 4"-ə verdi. Qiyməti əvvəlki kimi saxlanılmış yeni "iPad 4" daha güclü prosessor, həmçinin yeni "Lighting" konnektoru və sairə ilə təchiz edilmişdi. 2012-ci ildə "Apple", həmçinin 17 düymlü "MacBook Pro" modelinin istehsalından imtina etdi.

Hazırda "MacBook Pro" noutbukunun yalnız 13,3 və 15,4 düymlü versiyaları əlçatandır. Geridə qoyduğumuz ildə, həmçinin "Asus Eee PC" netbuklarının istehsalı dayandırıldı. "Asustek" şirkətinin belə qərar qəbul etməsi bu istiqamətdə perspektivin olmaması ilə bağlı olub. 

"Mashable" redaksiyası 2012-ci ildə istehsaldan çıxarılmış qurğuların sırasına, həmçinin "Google Nexus Q" mediapleyerini, "Motorola Webtop" smartfonu üçün inteqrasiya edilmiş usta-stansiyayla noutbuk, "iPhone 3GS" "ağıllı" telefonunu, "Logitech Squeezebox" musiqi sistemini və "Dell Venue" "ağıllı" telefonunu daxil edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL