waplog

Müdafiə Sənayesi Nazirliyinin daha 1 elektron xidməti ictimaiyyətin istifadəsinə verilib


Müdafiə Sənayesi Nazirliyinin (MSN) təqdim etdiyi mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə Xüsusi icazə verilməsi üçün müraciət forması "e-Gov" Elektron Xidmətlər Portalına əlavə edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət vasitəsilə MSN tərəfindən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların, hərbi silah, sursat və döyüş təyinatlı hərbi texnika istehsalı üçün avadanlıqların dövriyyəsinin həyata keçirilməsinə Xüsusi icazənin verilməsi üçün e-müraciət formasını göndərmək mümkündür.

İstifadəçiləri hüquqi və fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL