waplog

A.Əlizadə: “Azərbaycanda ilk dəfə geotexnologiya elminin əsas prinsipləri qızıl saxlayan üç yataq üzərində sınaqdan keçirilib”


“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi” proqramının bütün bəndləri üzrə aparılan elmi-tədqiqat işləri “Geotexnologiya” qrupunun əməkdaşları tərəfindən başa çatdırılıb. Azərbaycanda ilk dəfə geotexnologiya elminin əsas prinsipləri qızıl saxlayan üç yataq üzərində sınaqdan keçirilib.

Aparılmış işlər nəticəsində yeni metodlar işlənib hazırlanıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri AMEA Geologiya İnstitutunun 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabat iclasında AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə bildirib.

Akademik qeyd edib ki, 2012-ci ildə institutun prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin böyük bir hissəsi “2007-2014-cü illər ərzində Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı”nın icrası ilə bağlı olub:

“Cənubi Xəzər çökəkliyinin (CXÇ) yeni geoloji-geofiziki modelinin yaradılması sahəsi üzrə aparılmış işlər başa çatdırılmış, uyğun xəritələr tərtib olunub. Həmçinin “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi” proqramı üzrə institutun əməkdaşları tərəfindən respublikada ilk dəfə olaraq genişmiqyaslı tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL