waplog

Afrika öz “ağıllı” telefon və planşetini istehsal edəcək


Afrika öz "ağıllı" telefon və planşetini istehsal edəcək. Bəli, bu reallıqdır. Konqolu sahibkar Veron Manku bildirib ki, onun şirkətinin istehsal etdiyi qurğular yalnız Afrikada yaradılır və layihələşdirilir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "VMK" şirkəti qurğularını "Google Android" əməliyyat sistemi bazasında istehsal edir.

"VMK"-nin istehsalı olan smartfonların qiyməti 170, planşetlərin qiyməti isə 300 dollardan başlayır. "Biz Afrikada yaşadığımıza görə afrikalılara nə lazım olduğunu yaxşı bilirik. "Apple" ABŞ-da, "Samsung" Asiyada güclü mövqeyə malikdir, "VMK" isə Afrikada əsas istehsalçıya çevrilmək istəyir" – Manku Cənubi Afrika Respublikasında keçirilmiş "Tech4Africa" konfransında bildirib.

Onun sözlərinə görə, hazırda istehsal edilmiş planşet "ARM" prosessor, "Wi-Fi" modulu, 4 Qb daxili yaddaş, 3.5 düymlü ekranla təchiz edilib və "Way-C" ticarət markası altında satılır. Qeyd edək ki, planşetin proqram təminatı yerli dilləri əvvəlcədən dəstəkləyir.

"VMK" şirkəti hazırda Qərbi Afrikanın 10 ölkəsində "ağıllı" telefonun satışlarına start verib və yaxın gələcəkdə öz həllini Belçika, Fransa və Hindistanda yaşayan afrikalılara satacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL