Optik disklərin qiyməti 50 faiz bahalaşacaq
2012-ci ildə Yaponiya və Tayvanda fəaliyyət göstərən bir neçə istehsalçını itirmiş optik disk bazarı hazırda çətin dövrünü yaşayır. Bu vəziyyət 2013-cü ilin birinci yarısında da hökm sürəcək, qiymətlər əvvəlki kimi artmağa davam edəcək və ikinci yarımillikdə onların qiyməti 50 faiz artacaq. Belə proqnozu Tayvanın ən böyük təmiz optik disk daşıyıcısı “CMC Magnetics” şirkətinin sədri Robert Vonq səsləndirib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə və inkişaf etmiş bazarlarda müvafiq olaraq DVD disk və Blu-ray formatlı disklərə tələbat artır. Lakin cari ildə bu məhsula tələbat ötən il qeydə alınmış göstəricinin 10 faizini belə təşkil etməyib. Məlumat üçün bildirək ki, “Sony” şirkəti bir neçə ay bundan əvvəl optik qurğular bazarını tərk etmək haqqında qərar qəbul etmişdi.
Yaponiya istehsalçısı 2011 maliyyə ilini 5.7 milyard dollar həcmində zərərlə başa vurduğuna görə bu addımı atmalı olmuşdu.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL