waplog

Dövlət qurumlarının saytları vasitəsilə 393 elektron xidmət göstərilir


Azərbaycanın dövlət qurumlarının "Elektron hökumət" portalına (ehdis.az) inteqrasiya edilən elektron xidmətlərinin sayı 109 ədəd təşkil edir. Bu barədə Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, "Elektron hökumət" portalında hər bir qurumun xidmətləri “bir pəncərə” prinsipi üzrə təqdim edilir.

Təsdiq edilən elektron xidmətlərin sayı 417 ədəd təşkil edir. Bunlardan 187 ədədinə çıxış var. Dövlət qurumlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərin ümumi sayı 393 ədədə bərabərdir. Hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən mobil qurğular (smartfonlar və planşet kompüterləri) vasitəsilə elektron xidmətlərdən istifadə imkanlarının təmin edilməsi üzrə işlər aparılır. Mobil qurğular vasitəsilə elektron xidmətlərdən istifadə etmək 2013-cü ilin I rübündə mümkün olacaq. 2012-ci il noyabrın 20-dən dekabrın 20-dək dövlət qurumlarının elektron xidmətlərindən 7957 dəfə istifadə edilib.

MHM-in statistikasına əsasən, Milli Sertifikasiya Mərkəzinin verdiyi elektron-rəqəmsal imzaların sayı 2012-ci il dekabrın 25-nə 2328 ədəd təşkil edib ki, bundan 203 ədədi hüquqi və fiziki şəxslər, 2125 ədədi isə vətəndaşlar tərəfindən əldə edilib. Milli Sertifikasiya Mərkəzinin dövlət idarəetmə orqanlarına verdiyi sertifikatların sayı dekabrın 25-nə 2650 ədəd təşkil edib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL