waplog

“Microsoft” ABŞ-ın Müdafiə Nazirliyi ilə saziş imzalayıb


"Microsoft" korporasiyasının ABŞ-ın Müdafiə Nazirliyi ilə imzaladığı sazişin şərtlərinə əsasən, proqram nəhəngi ABŞ-ın Müdafiə Nazirliyinin proqram təminatı ilə təchiz edilməsinin təxminən 75 faizindən məsuliyyət daşıyacaq. "Microsoft", həmçinin Amerika hərbçilərinə İT xidmətlər göstərəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ABŞ-ın Müdafiə Nazirliyinin məlumatına əsasən, saziş quruma təxminən 617 milyon dollara başa gələcək.

Sazişin müddəti 3 il təşkil edir. "Microsoft" ABŞ ordusu, hərbi hava qüvvələri və "DISA" ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Hazırda bu üç təşkilatın İT infrastrukturunun müasirləşdirilməsi sahəsində əvvəllər başlanmış səyləri genişləndirmək şərəfi yenidən bizə etibar olunub" – "Microsoft"un bəyanatında qeyd edilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL