waplog

“1 şagird – 1 kompüter” müsabiqəsi keçiriləcək


Təhsil Nazirliyinin təşkilatçılığı ilə "1 şagird – 1 kompüter" müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. "ICTnews" elektron xəbər xidmətinin TN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir.

Qeyd edək ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumatlar "www.musabiqe.edu.az" saytında yerləşdiriləcək.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL