waplog

Qeyri-adi məişət kondisioneri hazırlanıb


“LG” şirkətinin elan etdiyi “Whisen” məişət kondisioneri istifadəçinin “ağıllı” telefonu ilə qarşılıqlı əlaqədə ola və hətta onun səsini tanıya bilər. Qurğuya 5 metrədək məsafədən əmr vermək mümkündür. Cihazın məhz hansı dilləri dəstəklədiyi hələ ki məlum deyil.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, cihazın maraqlı xüsusiyyətlərindən biri daxili kamera ilə təchiz edilməsidir. Faktiki olaraq, “Whisen” kondisionerini uzaqdan idarə olunan nəzarət sisteminə çevirmək və ona internetə çıxış imkanı olan istənilən yerdən qoşulmaq olar.

Qeyri-adi kondisionerin qiyməti və çıxarılma tarixi haqqında hələ ki dəqiq məlumat yoxdur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL