waplog

1 TB həcmində fləş-kart yaradılıb


“Kingston” şirkətinin “CES 2013” sərgisində təqdim etdiyi “DataTraveler HyperX Predator” fləş-kartının yeni xətti 1 TB həcmində yaddaşla təchiz edilib. Bu seriyanın bütün modelləri “USB 3.0” standartını dəstəkləyir və informasiyanı 240 MB/s sürətlə oxuya, 160 MB/s ilə isə yaza bilir.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “DataTraveler HyperX Predator” üzəri sink ərintisi ilə örtülmüş metal korpusda hazırlanıb və 5 il zəmanət müddəti ilə tədarük olunur. Şirkət hələ ki bu fləş-kartın qiyməti haqqında məlumat verməyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL