Ali Məhkəmənin təqdim etdiyi elektron xidmətlər vasitəsilə bütün suallara cavab tapmaq mümkündür
Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdim etdiyi elektron xidmətlər vasitəsilə əhali kassasiya qaydasında baxılacaq mülki, inzibati-iqtisadi, cinayət və hərbi işlərin gündəlik və həftəlik siyahısını tapa bilər. Eləcə də icraatda olan işlər haqqında ətraflı məlumat (tərəflər, işə baxan hakim, zal nömrəsi, baxılma vaxtı və s.) əldə etmək mümkündür.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Ali Məhkəmədən məlumat verilib. Məlumatda bildirilir ki, Ali Məhkəmənin rəsmi internet səhifəsi olan "www.supremecourt.gov.az"-dan məhkəmədə çıxarılmış qərarlarla tanış olmaq, "Online" müraciət və qəbul haqqında müraciət etmək imkanı yaradılıb. Saytın "Təyin olunmuş işlərin gündəlik siyahısı" bölməsində Azərbaycan Respublikasının Ali Məhkəməsində həmin gün üçün təyin olunmuş işlər haqqında məlumatlar yerləşdirilib.
Bu məlumatları da istifadəçilər asanlıqla əldə edə bilərlər. Ali Məhkəmədən o da bildirilib ki, sayt vasitəsilə ətraflı məlumat əldə etmək istəyənlər üçün də əlavə imkanlar yaradılıb. Belə ki, portalın mülki və İnzibati-iqtisadi kollegiyalar üzrə iş nömrəsinin üzərindəki linki və Cinayət və Hərbi kollegiyalar üzrə isə məhkumlar (bəraət alanlar) üzərindəki linki sıxmaqla daha geniş məlumat əldə etmək mümkündür.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL