waplog

NDU-da elektron imtahanın tətbiqinə başlanılıb


Naxçıvan Dövlət Universiteti tarixində ilk dəfə olaraq semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə start verilərək təhsilin inkişafı istiqamətində ciddi islahata imza atılıb. "ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, rektorluq tərəfindən müəyyənləşdirilmiş, universitetin tədris şöbəsinin işçilərindən, gənc müəllimlərindən və magitrantlarından ibarət nəzarətçi heyətin və Elektron təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə tələbələr öz nəzəri biliklərini sınaqdan keçiriblər.

Nəzarətçilər qeyri-ixtisas imtahanlarında iştirak edərək imtahanların şəffaf və obyektiv keçməsini təmin ediblər.

Müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandıran hər bir tələbə imtahanı bitirdiyini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə edə bilib. Qeyd edək ki, bu istiqamətdə ciddi hazırlıq işləri aparılıb, elektron imtahan keçirilməsi üçün Memarlıq və mühəndislik fakültəsində Rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Qasımovun rəhbərliyi ilə bir sıra üstünlüklərə malik yeni kompüter proqramı hazırlanıb.

Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinin və universitetin Elektron Təhsil Şöbəsinin təşkilatçılığı ilə imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılıb və universitetin rəsmi internet səhifəsində yerləşdirilib. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə sınaq-test imtahanları keçirilib, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları hazırlanıb.

Məlumat üçün bildirək ki, elektron test üsulu ilə imtahanların gələcəkdə bütünlükdə tətbiqi nəzərdə tutulur.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL