waplog

Fərdi uçot sisteminin tətbiq dairəsi genişləndirilir


2013-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,2 faiz artıb. 2012-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 299 220 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 266 074 nəfərə yüksəlib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 57,1 faizi kişi, 42,9 faizi isə qadındır.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,8 faizini 30 yaşa kimi vətəndaşlar, 23,5 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 23,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,3 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,3 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Hazırda "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsinin daha da genişləndirilməsi tədbirləri davam etdirilməkdədir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

2006-cı il 01 yanvar tarixindən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL