waplog

DRİ ötən il keçirdiyi monitorinqlərin nəticələrini açıqlayıb


2012-ci ildə Dövlət Radiotezliklər İdarəsi tərəfindən bir sıra monitorinq işləri aparılıb. "ICTnews" elektron xəbər xidmətinin DRİ-yə istinadən verdiyi məlumata görə, Bakı "Teleqüllə"sindən yayımlanan TV proqramlarının yayım keyfiyyəti yoxlanılıb:

"Abşeron yarımadasının Sumqayıt, Tağıyev, Giləzi, Dənizkənarı, Qobustan, Ələt, Şüvəlan, Zaqulba, Maştağa, Bilgəh, Zığ və Pirallahı yaşayış məntəqələrində TV siqnalların və FM radio proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb".

Bununla yanaşı, respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyəti araşdırılıb: "DRİ-nin mütəxəssisləri Şirvan, Səlyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Ağdaş, Göycay, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xacmaz, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik Astara Gəncə, Mingəçevir şəhərində, Yevlax, Bərdə, Ağdam, Tər-Tər, Göy-Göl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonları ərazisində radiomonitorinq işləri aparıb".

Eyni zamanda, respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək üçün Şirvan və Hacıqabul şəhərləri, Səlyan, Neftçala, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara, Ağdam, Tər-Tər, Quba, Qusar və Xaçmaz rayonları ərazisində radiomonitorinq işləri həyata keçirilib.

Həmçinin, respublika ərazisində istismara verilmiş DVB-T rəqəmli TV vericilərinin əhatə dairələri təyin olunub.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL