Planşetlər satış həcminə görə noutbukları ötəcək
Planşetlər satış həcminə görə noutbukları ötəcək “NPD DisplaySearch” tədqiqat şirkətinin proqnozuna görə, 2013-cü ildə planşet kompüterlər satış həcminə görə noutbukları üstələyəcək.
Analitiklərin hesablamalarına görə, cari ildə bazara təxminən 240 milyon planşet tədarük ediləcək. Ötən illə müqayisədə 2013-cü ildə planşet kompüterlərinin tədarük həcmi 64 faiz artacaq.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “NPD” analitiklərinin hesablamalarına görə, müvafiq dövrdə 207 milyon noutbuk tədarük ediləcək. Bu göstərici planşetlərlə müqayisədə təxminən 16 faiz azdır.
Ekspertlərin fikrincə, planşet tədarüklərinin həcmi əsasən 7-8 düymlü qurğular hesabına artacaq. Alıcıların yığcam modellərə marağı 2011-ci ildə istehsal edilmiş “Amazon Kindle Fire”, “iPad mini” və “Nexus 7” planşetləri sayəsində artıb. Analitiklərin proqnozuna görə, qarşıdakı 4 il ərzində noutbukların bazar payı azalacaq. 2013-2017-ci illərdə onların bazar payı təxminən 19 faiz azalaraq 27 faiz təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL