“Flower Power” datçiki ev bitkilərinə qulluğu asanlaşdıracaq
"Parrot" şirkətinin yeni "Flower Power" datçiki vasitəsilə bitkilərə qulluq etmək daha da asanlaşacaq. "ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, cihaz bitkilərə qulluq üçün nəzərdə tutulmuş datçikdir və günəş işığının miqdarına, rütubətin səviyyəsinə, hava temperaturuna və gübrələrin mövcudluğuna nəzarət edir.
İstifadəçilər "iPhone" və ya "iPad" qurğularına "Parrot Cloud" tətbiqlərini quraşdıra və datçik bitkinin vəziyyəti haqqında "Bluetooth" vasitəsilə məlumat verəcək. Əgər bitkiyə daha çox günəş işığı tələb olunursa, tətbiq bu barədə qurğuya mesajla xəbərdarlıq göndərəcək. Bitkinin yarpaqları quruduğu halda tətbiq fit çalacaq.
Qurğu kiməsə mənasız görsənə bilər, amma "Flower Power" datçiki tənbəl bağbanların köməyinə gələcək. Qurğu cari ilin sonuna yaxın satışa çıxarılacaq və qiyməti haqqında hələlik məlumat yoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL