waplog

Dünyada “Windows Phone Mango” əməliyyat sistemi ilə işləyən ilk smartfon


Sentyabr ayında “Fujitsu Toshiba İS12T” smartfonunun satışları başlanacaq. Yaponiyada təqdim edilən yenilik dünyada “Windows Phone 7.5” (Mango) əməliyyat sistemi ilə işləyən ilk smartfondur. Əməliyyat sistemində 500-dən çox yeni funksiya reallaşdırılıb. Onlara çoxməsələlik dəstəyi, “İnternet Explorer 9” əsasında səyyah, axtarış sisteminin təkmilləşdirilmiş alətləri və sosial veb-xidmətlərlə daha sıx inteqrasiya və s. aid etmək olar. “Fujitsu Toshiba IS12T” smartfonunda “Qualcomm Snapdragon MSM8655” (tezliyi, ehtimal ki 1 QHz təşkil edir) prosessoru tətbiq edilib. 3.7 düym diaqonallı sensor ekran 480×800 nöqtə kəskinliyinə malikdir.
Qurğu 13,2 meqapiksel kamera, 32 Qb inteqrasiya olunmuş fləş yaddaş, “GPS” qəbuledicisi, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 2.1” simsiz əlaqə adapterləri, həmçinin “MicroSD” slotu ilə təchiz edilib. Yeniliyin ölçüləri 59×118×10,6 millimetr, çəkisi isə 113 qramdır. Smartfonun qiyməti haqqında məlumat yoxdur.


hard.compulenta.ru




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL