“Böyük məlumatlar” bazarının həcmi il ərzində 30 faiz artacaq
2016-cı ilədək "böyük məlumatlar" bazarının həcmi 23,8 milyard təşkil edəcək. "Böyük məlumat"lar 2013-cü ilin əsas texnologiyalarından biri adlandırılıb və 2014-cü ildən etibarən İKT sahəsinin hərəkətverici qüvvəsinə çevriləcək.
"IDC" tədqiqat şirkətinin proqnozuna əsasən, yaxın illərdə "böyük məlumat"larla bağlı həllər və xidmətlər bazarının həcmi il ərzində orta hesabla ildə 31,7 faiz artacaq. Bu göstərici informasiya texnologiyaları və telekommunikasiya bazarının artım tempini 7 dəfə ötəcək. "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2016-cı ilədək "böyük məlumat"larla bağlı həllər və xidmətlər bazarının həcmi 23,8 milyard dollar təşkil edəcək.
"Böyük məlumat" anlayışına təşkilatlara tera və petabaytlarla hesablanan olduqca böyük həcmli rəqəmli verilənləri yaratmağa, idarə və dəyişdirməyə imkan verən alət, proses və üsullar daxildir. "Böyük məlumatlarla bağlı həllər və xidmətlər yüksək artım tempi ilə seçilən çoxmilyardlı biznesdir –
"IDC"-nin vitse-prezidenti Dan Vesset vurğulayıb. Bu mövzu əksər top-menecerin hesabatlarında yer alır". "Gartner" şirkətinin proqnozuna görə, 2015-ci ilədək "böyük məlumatlar" bazarı 4,4 milyon iş yeri yaratmağa imkan verəcək.
Ekspertlər hesab edirlər ki, 2014-cü ildən etibarən "Böyük məlumatlar" İKT sahəsinin hərəkətverici qüvvəsinə çevriləcək. "Böyük məlumatlar", həmçinin 2013-cü il əsas texnologiyalardan biri adlandırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL