“Baku Startup Competition 2012” qalibini müəyyənləşdirib
Azərbaycanda ilk dəfə baş tutmuş startap müsabiqəsinin finalı keçirilib. Azərbaycanın vençur bazarında mühüm hadisəyə çevrilmiş "Baku Startup Competition 2012" müsabiqəsi çərçivəsində yekun tədbir – üç finalçı layihənin təqdimatı və qalibin mükafatlandırılması baş tutub.
Xatırladaq ki, startap müsabiqəsini reallaşdıran "Infipro Inc." şirkəti Azərbaycanda innovasiya layihələrinə uzunmüddətli və yüksəkriskli investisiyalar və vençur maliyyələşdirməsi ilə məşğul olan yeganə biznes quruluşudur.
Şirkət tərəfindən həyata keçirilən sözügedən müsabiqə öz əsas məqsədinə artıq nail olub. Belə ki, hələ də körpəlik dövrünü yaşayan Azərbaycan internet biznesinin inkişafına təkan verilmiş, yenilikçi sahibkarlar isə ideyalarının ticari cəhətdən reallaşmasına kömək üçün aidiyyəti üzrə müraciət etmə imkanını əldə ediblər.
Müasir biznesin bir hissəsinə çevrilən startap şirkətlərinin Azərbaycanda meydana gəlməsi, sadəcə, bir zaman məsələsi olub. Bu səbəbdən müxtəlif ideyaların reallaşması və ya yeni başlanmış biznesin inkişafı üçün imkan və şəraitin olmadığına dair gileylərin aktuallıq itirdiyini söyləmək mümkündür. Müsabiqənin şərtlərinə gəldikdə, iştirakçılardan fəaliyyətin əsas istiqamətlərini qeyd etməklə ideyalarının inandırıcı və sadə şəkildə təqdimatı, xidmət və ya məhsulun müfəssəl təsviri, nəzərdə tutulmuş xərclərin strukturunun göstərilməsi və ən əsası – innovasiya layihəsinin malik olduğu ticarət potensialının sübut edilməsi tələb olunurdu. Nəzərə alınmalıdır ki, gələcək birgə startap-şirkətinin fəaliyyətindən əldə ediləcək mənfəət və artım perspektivləri bir biznes quruluşu olan "Infipro Inc." şirkəti üçün əhəmiyyət təşkil edir.
"Baku Startup Competition 2012" müsabiqəsinin son hissəsini "Infipro Inc." şirkətinin icraçı direktoru Eldar Abbasov açıb. O, öz nitqində innovasiya layihələrinə münasibətin son zamanlar dəyişdiyini, informasiya-kommunikasiya texnologiyaları sahəsinin isə Azərbaycanın biznes həyatında prioritet istiqamətlərdən birinə çevrildiyini qeyd edib.
Münsiflər heyətinin üzvləri – "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev və "Caspian Capital" biznes inkubatorunun rəhbəri Rasim Əliyev, həmçinin müsabiqənin rəsmi tərəfdaşı olan "Microsoft" şirkətinin regional nümayəndəliyinin təmsilçisi Rüfət Hacıəlibəyov də çıxış edənlərin arasında olublar. Giriş hissəsindən sonra münsiflər heyəti və tədbirin "Four Seasons" otelinin "Rast" zalında toplaşan təxminən 100 nəfər qonaqları qarşısında şəxsən öz layihələrini təqdim etməli olan finalçılara söz verilib.
İnternet ticarəti kateqoriyasında "Brandbook" layihəsi müəllifləri Fəqan Mehdi və Elnur İbrahim-zadə tərəfindən təqdim olunmuşdur. Onların ideyası Türkiyənin "Markafoni" və ya Rusiyanın "KupiVİP.ru" tipli "Private Shopping Club" sahəsində internet portalının yaradılmasından ibarət olub.
"RA Electronics" layihəsini (kateqoriya: "sosial, ekologiya") Teymur Kuseba təqdim etmişdir. Yenilikçi gəncin iddialı ixtirası "green technology" vasitələri əsasında portativ multi-doldurucu qurğunun yaradılması ilə bağlıdır. Müəllif qurğunun işləyən konseptini nümayiş etmiş və münsiflər heyətinə cihazı yoxlamaq təklif edib.
Öz növbəsində, "NEWO" layihəsi (kateqoriya: "proqram təminatı") müxtəlif virtual elementlərin əlavəsi ilə tamamlanan reallığa əsaslanmış "Augmented Reality" (artırılmış reallıq) texnologiyasını tədqiq edir. Rəhman Məmmədovun başçılığı ilə layihənin yaradıcıları ideyalarını təqdim və müdafiə edərkən əsl komanda ruhunu nümayiş etdirmişlər. Son illər ərzində aktiv şəkildə inkişaf edən sözügedən texnologiyanın istifadəsi əsasən reklam biznesinə və həmçinin turizm obyektlərinin istismarına yönəlib.
İdeyaların təqdim edilməsindən sonra adları yuxarıda qeyd olunmuş Elçin Əliyev və Rasim Əliyevdən başqa Fərid İsmayılzadənin ("GoldenPay"), Çingiz Eyvazovun ("Vital") və Ağateyyub Cəfərovun ("Seabak") da daxil olduğu münsiflər heyəti aparılmış müzakirələr nəticəsində qərarını elan eвши.
"NEWO" layihəsi Azərbaycanda keçirilmiş ilk startap müsabiqəsinin qalibi olaraq seçilши. Müsabiqənin şərtlərinə görə qalib üçün nəzərdə tutulan investisiya paketi layihənin spesifikası və təmayülündən asılı olaraq 10 000-dən 100 000 ABŞ dolları məbləğini təşkil edir.
"NEWO" layihəsi ilə bağlı investisiyaların son həcmi dəqiqləşdirildikdən sonra maliyyələşdirmə layihə müəlliflərinin biznes-planına əsasən mərhələli şəkildə aparılacaqdır. Buna müvafiq olaraq, hazır olan və sınaqdan keçmiş məhsulun buraxılışı yarım ildən sonra nəzərdə tutulub.
Bununla belə, müsabiqə qalibinin müəyyən edilməsilə "Baku Startap Competition" heç də sona çatmır.
"NEWO" layihəsinin müəllifləri onun taleyi, reallaşma mərhələləri, nailiyyət və çətinlikləri haqda "http://infipro.az" saytında da əksini tapacaq xüsusi bloqda söz açacaqlar. Həmçinin, qeyd etmək lazımdır ki, "Infipro Inc." şirkətinin rəhbərliyi 2013-cü ildə yeni müsabiqənin elan olunacağını bəyan edib.
Beləliklə, Azərbaycanda vençur bazarına olan dəstək güclənəcək, startap layihələrinin sayı isə artacaqdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL