waplog

Mobil prosessorların imkanları artacaq


Bir çox mobil qurğular üçün "Snapdragon" çipsetlərini tədarük edən "Qualcomm" şirkəti iki yeni həll (800 və 600 modelləri) təqdim edib. Onlar güclü "ağıllı" telefon, planşet və "ağıllı" televizorlar üçün nəzərdə tutulacaq. Prosessorlar yanvarın 8-də start götürmüş "Consumer Electronics Show 2013" (CES) sərgisində elan edilib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, hər iki mobil prosessor 3-6 aydan sonra istehsal ediləcək. Şirkət söz verib ki, "Snapdragon 800" prosessorunun məhsuldarlığı "S4 Pro" ilə müqayisədə 75 faiz yuxarı olacaq. Bu modellər 28 nanometr texnologiya norması üzrə hazırlanacaq, "Hexagon V5" rəqəmli audioprosessoru və 2,3 qiqahersə qədər takt tezliyini dəstəkləyən yeni "Krait 500" arxitekturası ilə təchiz ediləcəklər.

"800" modelinin üstünlüklərindən biri də daxili "Adreno 330" qrafik kontrollerinə və "LPDDR3" yaddaşına malik olmasıdır. "Qualcomm" şirkəti məlumat verdiyi kimi, "800" modeli ilin ortalarından istehsal ediləcək. "Snapdragon 600" çipi isə artıq ikinci rübdə işıq üzü görəcək.

"Clover Trail" və "Tegra 4" çiplərinə rəqib olan bu model "Adreno 320" qrafik kontrolleri, "LPDDR3" yaddaşına malik olacaq və 1,9 qiqahers takt tezliyində işləyəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL