1-ci Azәrbaycan-Belarus birgә beynәlxalq qrant müsabiqәsi elan edilib
Elmi əlaqələri genişləndirmək və birgə qrant müsabiqələri keçirmək məqsədilə 28 sentyabr 2012-ci il tarixində Minsk şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Milli Elmlər Akademiyası (BMEA) və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu (BRFTF) arasında əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb.
Azərbaycan və Belarus alimlərindən ibarət yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Elmin İnkişafı Fondu, cari müsabiqənin razılaşdırılmış elmi prioritetlərinə uyğun olaraq, 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən EİF-dən bildirilib ki, müsabiqə çərçivəsində fizika-riyaziyyat və texnika, humanitar və ictimai elmlər üzrə fundamental-tətbiqi xarakterli beynəlxalq layihələrin orta maliyyə həcmli (10000 - 100000 manat) qrantlar vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlər üçün nəzərdə tutulub.
Bundan əlavə, Azərbaycan alimləri tərəfindən təqdim olunan, Belarusdan əldə olunması planlaşdırılan maddi-texniki təminatı nəzərdə tutan və gələcəkdə hər iki ölkə alimləri arasında layihənin mövzusu üzrə əməkdaşlığın davam etdirilməsi perspektivləri olan layihələrə elmi-tədqiqatların müasir tələblərə cavab verən maddi-texniki təminatı (elmi cihazlar, qurğular, avadanlıqlar və s. alınması) üzrə kiçik (10000 manatadək) və orta (10000 - 100000 manat) maliyyə həcmli qrantların verilməsi də nəzərdə tutulub. 1-ci müsabiqənin ümumi maliyyələşdirilmə həcmi 600000 manatdır.
Qrantların verilməsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə və müvafiq sənədlər barəsində ətraflı məlumat EİF-in internet saytından (http://sdf.gov.az/) əldə edilə bilər. Qrant iddiaçılarına müsabiqәyә tәqdim olunacaq layihәlәrin tәrtibatı üzrә mәslәhәtlәrin verilmәsi və ortaya çıxan sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda seminarlar da keçiriləcək.
Qeyd etmək lazımdır ki, birgə beynəlxalq qrant müsabiqəsinin keçirilməsi məsələsi Azərbaycan-Belarus Hökumətlərarası komissiyanın 2012-ci ildə keçirilmiş 7-ci iclasının Protokoluna da daxil edilib: "Hər iki fond arasında imzalanmış beynəlxalq Saziş və 1-ci Azәrbaycan-Belarus birgә beynәlxalq qrant müsabiqәsi Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə davamlı inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi işinə layiqli töhfə olacaq".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL