waplog

İnformasiya Texnologiyaları İnstitutunda koreyalı tələbələrlə görüş keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreya Respublikasının Chonnam və Chosun universitetlərinin tələbələri ilə görüş keçirilib. Əvvəlcə qonaqlar institutda yeni istifadəyə verilmiş və ən son texnologiyalarla təchiz olunmuş Tədris-İnnovasiya Mərkəzi, “AzScienceNet”in Monitorinq və təhlükəsizlik xidmətində oldular. Burada görülən işlər və yeni layihələrlə yaxından tanış oldular. Görüşdə informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, həyata keçirilən innovativ layihələr barədə qonaqlara məlumat verilib. Tələbələrə eyni zamanda İTİ-də respublikanın bütün doktorant və dissertantlarına İnformatika fənninin tədrisi barədə məlumat verildi. Onlar Tədris Mərkəzində keçirilən dərslərə nəzarət etmək üçün quraşdırılmış video-monitorinq sistemi ilə tanış olublar. Bildirilib ki, şəffaflığı təmin edən bu sistem müəllimlərin məsuliyyətini daha da artırmaqla yanaşı, doktorant və dissertantlara imtahanların gedişatını monitorlar vasitəsilə izləməyə də imkan verir.
İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-nin elmi-tədqiqat, tədris-innovasiya fəaliyyəti, eyni zamanda yeni yaradılmış distant tədris xidməti haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, bu xidmət məkan problemini aradan qaldırmağa kömək edir. Bildirildi ki, ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin tələbələrinə və orada fəaliyyət göstərən doktorant və dissertantlara buradan “İnformatika” fənləri üzrə distant mühazirələr oxunub. Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında və elektron hökumətin yaradılmasında institutun geniş fəaliyyətindən və rolundan söz açan baş mühəndis, hər ay burada keçirilən seminarların əhəmiyyətindən də danışıb.
Görüşdə iştirak edən Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova institutun ölkə universitetləri ilə əməkdaşlığından söz açıb: “Artıq 4 ildir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə layihəsi çərçivəsində Tədris-İnnovasiya Mərkəzində həmin fakültənin tələbələrinə «İnformasiya Cəmiyyətinin əsasları» fənni tədris olunur. Bu layihə Azərbaycanda ilk dəfə həyata keçirilir”. Rəsmiyyə xanım, eyni zamanda, ölkədə informasiya texnologiyaları sahəsində ali təhsil alan tələbələr üçün institutda yaradılmış imkanlar haqda məlumat verərək, onların burada təcrübə keçdiklərini də nəzərə çatdırıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL