waplog

"Nokia" şirkəti "Symbian" platformasının öldüyünü etiraf edib


"Nokia" şirkəti ilk dəfə olaraq "Symbian" platforması ilə müqayisədə "Windows Phone" ilə işləyən daha çox "ağıllı" telefon satıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 2012-ci ilin dördüncü rübündə "Microsoft" platforması ilə işləyən 4,4 milyon qurğu satıb.

Müqayisə üçün qeyd edək ki, müvafiq dövrdə "Symbian" platforması ilə işləyən 2,2 milyon qurğu satılıb. Şirkətin maliyyə direktoru Timo İxamuotila etiraf edib ki, "Symbian" artıq son günlərini yaşayır. "ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Lumia" "ağıllı" telefonlarına tələbat 1.5 dəfə artıb. Şirkət 2012-ci ildə 86,3 milyon qurğu satıb.

Mədaxil 3.9 milyard avro təşkil edib. "Symbian" platformasının populyarlığının azalmasını digər şirkətlərin dəc etdiyi hesabatlar da göstərir. "Gartner" tədqiqat şirkətinin məlumatına əsasən, 2011-ci ilin payızında bu platforma ilə 16,9 faiz mobil qurğu işlədiyi halda, 2012-ci ilin üçüncü rübündə bu göstərici 2,6 faizə bərabər idi.

Bu platforma ilə işləyən aparatların tədarük həcmi 19,5-dən 4,4 milyonadək azalıb. "Nokia" 2011-ci ildə faktiki olaraq "Symbian" platformasından imtina edərək onun sonrakı inkişafını "Accenture" konsaltinq şirkətinə həvalə etmişdi.

2012-ci ilin fevralında təqdim edilmiş "808 PureView" "Symbian" platforması ilə işləyən sonuncu "ağıllı" telefondur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL