Azərbaycanda 65 min “Tələbə kartı” paylanılıb
"Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində 65 min tələbə kartı artıq paylanılıb və bu proses davam edir". "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov deyib.
Təşkilat rəhbərinin sözlərinə görə, kart sahibi olan tələbə-gənclər ölkənin müxtəlif mağazalarında, əyləncə və alış-veriş mərkəzlərində, kompüter mağazalarında və bu kimi digər yerlərdə 5%-dən 50%-ə qədər endirimlər əldə edirlər. Şahin İsmayilov bildirib ki, kart daşıyıcıları üçün güzəştlərin tətbiq olunduğu bütün obyektlərin vahid kataloqu da hazırlanıb paylanılır.
Eyni zamanda ATGTİ-nin sədri qeyd edib ki, tələbə kartı ilə bağlı problemlərin aradan qalıdırlması və əlavə məlumat üçün xüsusi qaynar xətt (187) də yaradılıb. Xatırladaq ki, "Azərbaycan Tələbə kartı" layihəsi ATGTİ-nin təklifi əsasında Dövlət Gənclər Proqramına daxil edilib və hal-hazırda bu layihə ATGTİ, Gənclər və İdman və Təhsil nazirlikləri ilə birgə "Xəzər" İnvestisiya Mərkəzi tərəfindən reallaşdırılır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL