2012-ci ildə 1,74 milyard mobil telefon satılıb
“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə 1,74 milyard mobil rabitə qurğusu satılıb. Bu göstərici 2011-ci illə müqayisədə 1,8 faiz çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, satış həcminin artması “iPhone”, “Samsung Galaxy S III” və ya “Galaxy Note” kimi flaqman “ağıllı” telefon modellərinə tələbatın artması ilə bağlıdır.
“Strategy Analytics”-in məlumatına əsasən, 2012-ci ilin dördüncü rübündə 501,1 milyon telefon və “ağıllı” telefon satılıb. Şirkətin proqnozuna əsasən, 2013-cü ildə təxminən 1,83 milyard mobil rabitə qurğusu satılacaq. Bu göstərici 2012-ci illə müqayisədə 5 faiz çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL