waplog

Yeni nanoliflər poladdan 15 dəfə daha möhkəmdir


Sauthempton Universitetində çalışan britaniyalı tədqiqatçılar dünyada ən möhkəm silisium nanolifləri yaradıblar. Onlar poladdan bir neçə dəfə daha möhkəmdir. Karbon nanoborularından fərqli olaraq, britaniyalı alimlərin yaratdığı silisium nanoliflərini bir neçə min kilometr uzunluğunda istehsal etmək mümkündür. Yeni nanoliflər aviasiya sənayesində, gəmiqayırmada və hərbi sənayedə istifadə ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, əldə edilmiş nanoliflər poladdan 15 dəfə, şüşə plastikdən isə 10 dəfə daha möhkəmdir. Nanoliflərin istehsalı üçün silisium və oksigen lazımdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL