waplog

“Apple” şirkəti “iPhone 5”-in istehsal həcmini azaldır


"Apple" şirkəti "iPhone 5" "ağıllı" telefonlarının istehsalı üçün lazımi elektron komponentlərə edilmiş sifarişlərin həcmini azaldır. Buna səbəb onlara tələbatın azalmasıdır. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən "The Wall Street Journal" nəşri məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Apple" şirkətinin bu addımı "iPhone 5" "ağıllı" telefonuna olan tələbatın proqnozlaşdırılandan aşağı olmasından xəbər verir. Xatırladaq ki, "iPhone 5"-in satışlarına sentyabrda start verilib. Qurğunun yeni nəsli əvvəlki iki versiya ilə müqayisədə əhəmiyyətli dərəcədə yenidən işlənib.

Bununla belə, "Android" platforması ilə işləyən "ağıllı" telefonların yeni modelləri texniki xüsusiyyətlərinə görə "iPhone"-u üstələyir. "IDC" analitik şirkətinin məlumatına görə, 2012-ci ilin üçüncü rübündə "Apple" şirkətinin "ağıllı" telefon bazarındakı payı 14,6 faizə bərabər olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL