waplog

Doktorant və dissertantların informatika fənni üzrə qış imtahan sessiyası keçirilir


AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantlar üçün informatika fənni üzrə qış imtahan sessiyası keçirilir. Yanvar ayının sonuna kimi davam edəcək sessiyada respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən 500-ə yaxın tədqiqatçının iştirak edəcəyi gözlənilir.

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 25 oktyabr 2002-ci il və AMEA Rəyasət heyətinin 15 yanvar 2003-ci il tarixli qərarına əsasən respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və bu fənn üzrə imtahanların qəbulu 2003-cü ildən başlayaraq mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir. Müxtəlif elm sahələri ilə məşğul olan tədqiqatçılar üçün təşkil olunan kurslarda tədris və imtahanların qəbulu 4 elmi istiqamət üzrə aparılır.

Qeyd edək ki, namizədlik minimumu imtahanlarına hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində təşkil olunan kurslarda informatikanın nəzəri əsasları, kompüter proqramları və İnternetdən istifadə vərdişlərinə dair praktik dərslər keçilir.

Eyni zamanda, müxtəlif elm sahələrində informasiya texnologiyalarının tətbiqi imkanları ilə bağlı mühazirələr oxunur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL