“Ağıllı” telefon və planşetlərə quraşdırılmış 1 milyarddan çox kamera tədarük edilib
Hazırda bazara tədarük edilən "ağıllı" telefonların, demək olar ki, hamısı daxili kameraya malikdir və hər üç "ağıllı" telefondan biri isə hər ikisi (ön və arxa) ilə təchiz edilib. Planşetlər arasında iki kamera ilə təchiz edilmiş modellərin sayı daha çoxdur. "ABI Research" tədqiqat şirkətinin qiymətləndirməsinə əsasən, 2012-ci ildə dünyada "ağıllı" telefon və planşetlərə quraşdırılmış 1 milyarddan çox kamera tədarük edilib.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ötən il istehsal edilmiş "ağıllı" telefonların əksəriyyəti təxminən 8 meqapiksel təsvir ölçüsündə kamera ilə təchiz edilib. Yalnız "Nokia 808 PureView" modeli istisnadır: o, 41 meqapikselli kamera ilə təchiz edilmişdi.
"Ağıllı" telefon istehsalçıları kameraların təsvir ölçüsünü artırmaq əvəzinə, fotokameraların imkanlarını genişləndirməyə üstünlük veriblər: onlara avtomatik fokuslama, fotonun təkmilləşdirilmiş emalı və pis işıqlandırılmış vəziyyətdə çəkiliş imkanı kimi xüsusiyyətlər əlavə edilib.
"ABI Research"-in proqnozuna görə, 2018-ci ildə mobil qurğulara quraşdırılmış 2,7 milyard fotokamera tədarük ediləcək. Onların təxminən 80 faizi "ağıllı" telefonların payına düşəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL