waplog

İsrail pilotsuz təyyarə yaradacaq


"Israel Aerospace Industries" (IAI) şirkəti kiçik ölçülü pilotsuz uçuş aparatı hazırlayır. "Flightglobal" nəşrinin yazdığına görə, aparatın çəkisi cəmisi bir neçə qramdır və o, 20 dəqiqə müddətində havada qala bilər.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, İsrail şirkəti hazırda iki qanadlı nümunə üzərində çalışır: 8 qram çəkisində kiçik və 13 qram çəkisində olan böyük "kəpənək". Aparatlar enerjini 2 qram çəkisində olan yığcam litium-polimer batareyadan toplayır. Hər bir pilotsuz uçuş aparatı cəmisi 0.1 qram çəkisində mikro videokamera ilə təchiz ediləcək.

Pilotsuz təyyarələr dəqiqədə 7000 dövr sürətlə hərəkət edən yığcam elektrik motoru vasitəsilə hərəkətə gətiriləcək. Onlar operatorun əmrlərinə 3 qram çəkisində idarə sistemi vasitəsilə reaksiya verəcəklər. Pilotsuz təyyarələrdən girovların alınması vəziyyətlərində istifadə etmək planlaşdırılır.

Beləliklə, videokamera və mikrofonla təchiz edilmiş pilotsuz uçuş aparatları hadisə zonasındakı vəziyyəti gizli şəkildə araşdıra biləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL