2013-cü ildə planşetlərin satış həcmi 180 milyon dollara bərabər olacaq
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə planşetlərin satış həcmi 170-180 milyon dollar təşkil edəcək. Həm də ən mühüm artım 7 düymlü planşet seqmentində qeydə alınacaq. “IDC”-nin ilkin məlumatına əsasən, 2012-ci ildə 130 milyon planşet satılıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2012-ci ilində 9 düymlü planşetlərin tədarük həcmi 35 faiz artaraq 73,4 milyon təşkil etdiyi halda, 7 düymlü modellərin bazar payı təxminən 32 faiz artaraq 41,1 milyon təşkil edib.
“IDC”-nin proqnozuna görə, 2013-cü ildə 7-8 düymlü modellərin bazar payı təxminən 60 faizə bərabər olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL