“Dayanacaqlarda qurulan monitorların işində heç bir problem yoxdur”
"Dayanacaqlarda qurulan monitorların işində heç bir problem yoxdur". Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zülfiyyə Əlizadə deyib.
O, vətəndaşların dayanacaqlarda quraşdırılan monitorlarda avtobusların qrafiki ilə bağlı göstərilən rəqəmlərlə bağlı şikayətləri şərh edərkən bildirib. Avtobusların monitorda göstərilən vaxtdan gec gəlməsinin mümkün olmadığını deyən Z.Əlizadə sistemdə bütün işlərin insan müdaxiləsi olmadan həyata keçirildiyini bildirdi. "Monitorlarda yazılan məlumatlar, avtobusdan birbaşa ötürülür. Hər bir avtobusda bort avadanlığı quraşdırılıb. Məlumatlar həmin avadanlıqlar vasitəsilə mərkəzə daxil olur, sonra isə avtomatik olaraq monitora göndərilir".
Z.Əlizadə avtobusların monitordakı vaxtdan gec gəlməsi ilə razılaşmasa da, tez gəlməsinin mümkün olduğunu deyib:
"Monitorda avtobusun 10 dəqiqə gələcəyi yazılsa da, 2 dəqiqəyə gəlməsi mümkündür. Bu, sürücülərin düzgün istifadə etməməsi, eyni zamanda optimallaşdırma işləri aparıldığından ola bilər. Hazırda birinci mərhələ başa çatmaq üzrədir. Bu, əsasən Bakının əsas küçə və prospektlərini əhatə edir. Bundan sonrakı mərhələ paytaxtın digər əraziləri, Abşeron yarımadası, sonrakı mərhələdə isə bütün Azərbaycan üzrə intellektual idarəetmə sisteminə keçiləcək. İşlərin tam nə vaxt yekunlaşacağı məlum deyil".
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL