waplog

“Oracle”: Biz “bulud” xidmətlərinə milyardlarla dollar həcmində sərmayə yatırırıq, lakin...


Son 3 il ərzində “Oracle” “bulud” proqram təminatının inkişafına təxminən 14 milyard dollar həcmində sərmayə yatırıb və 30-dan çox istehsalçı satın alıb. Bu barədə “CloudWorld” konfransında şirkətin prezidenti Mark Herd bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, belə genişmiqyaslı investisiyalara baxmayaraq, “Oracle” müştəriləri artıq işləyən lokal quraşdırmalardan işgüzar “bulud” versiyalarına keçməyə məcbur etmək niyyətində deyil.

Bu barədə korporasiyanın proqram hazırlaması üzrə baş vitse-prezidenti Stiv Miranda bildirib. "Hazırda minlərlə müştərilərimiz “E-Business Suite”, “JD Edwards”, “PeopleSoft” ilə işləyir, - o bildirib. Bu məhsulların yeni versiyaları vaxtaşırı çıxarılır, biz onları dəstəkləməyə davam edəcəyik və sifarişçiləri hər hansı bir üsulla şirkətin ictimai “bulud” xidmətinə keçməyə məcbur etmək niyyətində deyilik".

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL