waplog

Yaponiyada dünyanın ən böyük külək elektrik stansiyası tikiləcək


Yaponiyada “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) baş vermiş bədbəxt hadisədən sonra ölkə yeni AES-lərin tikintisindən imtina etdi. Bu hadisədən sonra ölkə ərazisində alternativ enerji mənbələrini aktiv şəkildə inkişaf etdirməyə başladılar.

Nəticədə Yaponiya 2013-cü ilin yayında dünyada ən böyük külək elektrik stansiyasını tikməyə və 2020-ci ilədək isə onu daha da genişləndirməyə ümid edir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, plana əsasən, 2020-ci ilədək “Fukusima” AES-dən 16 kilometr uzaqlıqda təxminən 143 külək turbindən ibarət dəniz külək elektrik stansiyası tikilməlidir.

Bu elektrik stansiyasının vəzifəsi 2011-ci ildə zəlzələ və sunaminin sıradan çıxartdığı Atom Elektrik Stansiyasının verdiyi gücü təmin etmək olacaq. Külək stansiyasının təxminən 1 qiqavat elektrik enerjisi yaradacağı gözlənilir. Hazırda dünyada ən güclü külək stansiyası Britaniya Saffolkasının yaxınlığında yerləşən 140 turbindən ibarət 504 meqavatlıq stansiyadır.

Tezliklə 175 turbindən ibarət və 630 meqavat elektrik enerjisi yaradan “London Array” stansiyası gücünə görə onu ötəcək. “London Array” külək stansiyasını cari ilin sonuna kimi istifadəyə vermək planlaşdırılır. Yaponiyada tikiləcək stansiya gücünə görə onu da ötməlidir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL