waplog

Suda belə işləyən eşitmə aparatı təqdim edilib


“Siemens” şirkətinin hazırladığı yeni eşitmə aparatı suya və zərbəyədavamlıdır və toz keçirmir.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, eşitməqüsurlu insanlar çimərlik voleybolu və ya su polosu oynamaq istədikdə həmişə aparatı çıxartmaq məcburiyyətində olur və bu da tam eşitməyə imkan vermir.

“Siemens” şirkətinin “Aquaris” eşitmə aparatı məhz belə vəziyyətlər üçün yaradılıb. Qoruyucu pərdələr aparata digər cisimlərin düşməsinin qarşısını alır, bu halda səs əvvəlki kimi eşidilir. Aparata enerji, həmçinin suyadavamlı sink batareyaları vasitəsilə doldurulur.

“Aquaris” eşitmə aparatını 30 dəqiqə ərzində dərinliyi 1 metrədək suda saxlamaq mümkündür.

Qurğu səs axınını “Bluetooth” siqnal vasitəsilə işləyən “VoiceLink” ilə qəbul edə bilər. “Aquaris” eşitmə aparatının qiyməti 2500 dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL