waplog

İnformasiya Texnologiyaları İnstitutu nəzdində Dissertasiya Şurası yaradılıb


Prezident yanında Ali Attestasiya Komissiyasının 11 yanvar 2013-cü il tarixli qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu nəzdində Dissertasiya Şurası təsdiq olunub. İnstitutdan verilən məlumata görə, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının tərkibi 23 nəfərdən ibarətdir.

Qərara əsasən, Dissertasiya Şurasının sədri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev, sədr müavini texnika elmləri doktoru, professor Ələkbər Əliyev, elmi katibi isə texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir.

Dissertasiya Şurasında 1203.01 – "Kompüter elmləri", 3338.01 - "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", 3339.01 – "İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi" ixtisasları üzrə dissertasiyalar müdafiə olunacaq.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL