waplog

Azərbaycanın xarici siyasətində İKT-nin rolu


Ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların təmin olunmasına və beynəlxalq arenadakı nüfuz və təsir gücünün artırılmasına istiqamətlənmiş Azərbaycanın diplomatik fəaliyyəti üçün 2012-ci il dolğun və dinamik bir il olub.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Xarici İşlər Nazirliyinin yaydığı 2012-ci il üçün yekun mətbuat buraxılışında qeyd olunub. XİN bildirir ki, ötən illərdə olduğu kimi, xarici siyasət kursu möhkəm və dəyişməz olaraq qalıb və prioritetlərin reallaşdırılmasına yönəldilib.

Bu prioritetlərə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və ölkənin təhlükəsizliyinə olan hədələrin aradan qaldırılması, dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və daxili inkişaf üçün həmin münasibətlərdən effektiv şəkildə istifadə edilməsi, qlobal risklər və təhdidlərlə mübarizə, regionda təhlükəsizlik və stabilliyin gücləndirilməsi, Avropa və Avro-Atlantik strukturlar ilə tərəfdaşlıq, ölkənin əhəmiyyətli coğrafi mövqeyindən istifadə edərək milli iqtisadiyyatın, o cümlədən, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, plüralist demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, xarici mədəni və humanitar əlaqələrin inkişafı daxildir.

Nazirliyin yaydığı yekun buraxılışında vurğulanır ki, bu dövrdə Azərbaycan BMT-nin digər orqanları və ixtisaslaşmış qurumlarının işində fəal iştirak edib və ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyası 2012-ci ildə bir sıra qətnamələr qəbul edib.

Bu xüsusda, “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi ilə bağlı qətnamə qeyd edilməlidir. XİN bildirir ki, Azərbaycan 2012-ci ildə beynəlxalq sülhün və inkişafın bərqərar olunması baxımından böyük təsirə malik qlobal və regional təhlükəsizlik məsələlərinə dair beynəlxalq proseslərdə yaxından iştirak edib.

Belə ki, Azərbaycan Respublikası beynəlxalq terrorçuluq və kibertəhdidlərə qarşı beynəlxalq mübarizəyə öz töhfələrini davam etdirib: «BMT-nin İnkişaf Proqramı və AİDA inkişaf etməkdə olan ölkələrin Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində Əfqanıstanda “elektron hökumət” sisteminin qurulmasına maliyyə dəstəyi ayırıb.

Sözügedən layihə BMT-nin İnkişaf Proqramı, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AİDA-nın sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək və Əfqanıstan hökumətinin nazirliklərində qeyd olunan sahə üzrə kadrların hazırlanması və hökumətin ümumilikdə səmərəli fəaliyyətinin təşkilinə xidmət edəcəkdir».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL