Cənubi Koreyada elastik akkumulyator yaradılıb
Ulsan şəhərində yerləşən Milli Elm və Texnologiya İnstitutunda çalışan cənubi koreyalı alimlərdən ibarət qrupun hazırladığı elastik litium-ion akkumulyatoru gələcəkdə elastik mobil telefonlar hazırlamağa imkan verəcək. Polimer elektrolitin yaradılması üçün nanomateriallardan istifadə edilib.
“ICTnews.az” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, bu cür elektrolitdən istifadə edilməsi akkumulyatora yalnız elastiklik deyil, həm də partlayıcı təsirə meyilli ənənəvi akkumulyatorlardan fərqli olaraq, təhlükəsizlik kimi xüsusiyyət verir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL