waplog

“Samsung Galaxy Note III” “ağıllı” telefonunun əsas xüsusiyyətləri məlum olub


“Samsung Galaxy Note III” “ağıllı” telefonu 6,3 düymlü ekran və 8 nüvəli “Samsung Exynos 5” prosessorla təchiz ediləcək. “Electronics Samsung” şirkətindəki rəsmi mənbəyə istinadən “The Korea Times” nəşri məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, nəzərdə tutulmuş plana əsasən, qurğu 2013-cü il ərzində istehsal ediləcək. Xatırladaq ki, “Galaxy Note II” “ağıllı” telefonu 2012-ci ilin sentyabrından etibarən satılır.

O, 1280 x 720 piksel təsvir ölçüsünə malik 5.5 düymlü ekran və dördnüvəli prosessorla təchiz olunub. “Galaxy Note” “ağıllı” telefonları “Samsung” xəttində ən populyar modellərdən biridir. Rəsmi məlumatlara əsasən, onun istehsalından ötən iki ay ərzində 5 milyon “Note II” satılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL