waplog

“Intel” ümidləri doğrultmayıb


Dünyanın ən böyük mikroprosessor istehsalçısı "Intel" korporasiyasının səhmlərinin qiyməti fərdi kompüter (FK) istehsalçıları tərəfindən sifarişlərin azalması fonunda aşağı düşüb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2013 maliyyə ilinin birinci maliyyə rübündə çip istehsalçısının mənfəəti 3 faiz azalaraq 13,5 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti 2,47 milyard dollaradək azalıb. Analitiklər şirkətdən daha yüksək göstəricilər gözləyirdi. Qeyd edək ki, "Intel" şirkəti artıq ikinci rüb ardıcıl olaraq proqnozdan aşağı nəticə göstərir. Bu fakt çiplərə satış həcminin azalmasından xəbər verir.

Bununla belə ekspertlər ümid edir ki, "Intel" daha əvvəl "Qualcomm"-dan satın aldığı mobil biznesini prosessor istehsalına birləşdirməsi fonunda müəyyən artım göstərə bilər. "Williams Financial Group" analitiklərinin fikrincə, "Intel" şirkəti qarşıdakı rüblər ərzində masaüstü FK və noutbuklar üçün prosessor seqmentində göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyəcək və hazırda yalnız qarşıdakı rüblər ərzində satışların nə qədər azalacağı barədə danışmaq lazımdır.

"Intel" şirkətindən verilmiş məlumata əsasən, 2013-cü ildə korporasiya mikroprosessor istehsalı üzrə yeni zavodların tikintisinə təxminən 13 milyard dollar həcmində sərmayə yatıracaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL