waplog

Rəqabətqabiliyyətli inkişaf üçün müəssisələrin innovasiya fəallığı yüksəldiləcək


Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli inkişafı ilk növbədə iqtisadi artımın yeni keyfiyyətini təmin edən bilik iqtisadiyyatına keçidi tələb edir. Onun başlıca xarakteristikası isə yüksək texnologiyalı sahələrin dinamik inkişafı, tədqiqat və işləmələrə investisiya qoyuluşunun intensiv artımı, məhsul və xidmətlərin elmtutumluluğunun, müəssisələrin innovasiya fəallığının yüksəldilməsi və iqtisadiyyatda innovasiya mənfəətinin artırılmasına nail olunmasıdır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA İqtisadiyyat İnstitutundan məlumat verilib. İnstitut tərəfindən Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşmasının sosial -iqtisadi problemləri tədqiq edilib və hesabat hazırlanıb. 2012-ci il üzrə təhlilləri əks etdirən hesabata əsasən, tədqiqatın əsas ideyasını -iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəlməsini və əhalinin yaşayış keyfiyyətinin (insan inkişafının) yaxşılaşdırılmasını təmin edən davamlı inkişafın təşkilati-idarəetmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı fundamental və tətbiqi xarakterli tədqiqatların aparılması və inkişaf yollarının göstərilməsi təşkil edib.

Bununla bağlı elmi tədqiqat işləri aparan institutun bir elmi istiqaməti də "İnnovasiya menecmenti və elmin inkişaf problemləri" şöbəsi tərəfindən həyata keçirilən " Elm və innovasiyalara əsaslanan iqtisadi inkişafın formalaşması problemləri" mövzusu olub. 2011-2013-ci illəri əhatə edən tədqiqat üzrə 2012-ci ildə elm və innovasiyaya əsaslanan iqtisadi inkişafın müasir vəziyyəti təhlil edilib və qiymətləndirilib: "Bu iş 6 mərhələdə yerinə yetirilib".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL