waplog

Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ildə «Elektron hökumət» istiqamətində bir sıra uğurlu işlər görüb


"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin icrası barədə Əmlak Məsələləri Dövlət Komitəsi illik hesabatını cəmiyyətə təqdim edib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumata görə, hesabatda "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ildə görülən tədbirlər haqqında məlumat verilib.

Komitə bildirir ki, Açıq Hökumətlə sözügedən sərəncamlarla əlaqədar olaraq ƏMDK-nin 2012-ci il üçün İş Planı" təsdiq edilib. Həmin İş Planında, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" üzrə konkret tədbirlər göstərilib, komitənin aidiyyəti bölmə və qurumları üzrə görüləcək işlər və nəticə indikatorları müəyyən edilib.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə komitənin sözügedən İş Planı üzrə bir sıra tədbirlərin icrasına başlanılıb və hazırda davam etdirilir. Milli Fəaliyyət Planına uyğun olaraq, komitə sədrinin vətəndaşların birbaşa və səyyar qəbulunun qrafiki hazırlanıb və ayda bir dəfə həyata keçirilir.

Eyni zamanda komitədə vətəndaşların ərizə və şikayətlərinin qəbulu və qeydiyyatı "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində hazırlanan Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) vasitəsilə aparılır.

Bundan başqa, elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili məqsədi ilə komitənin "office@emdk.gov.az" elektron ünvanına daxil olan müraciətlər müvafiq şöbədə qeydiyyata alınaraq cavablandırmaq üçün aidiyyəti üzrə struktur bölmələr və qurumlara çatdırılır.

Milli Fəaliyyət Planına uyğun olaraq, maraqlar toqquşmasının qarşısının alınması istiqamətində komitədə iş aparılır. 2013-cü ildə maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkil edilməsi nəzərdə tutulub. Sözügedən Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı komitənin ərazi şöbələrində çalışan dövlət qulluqçuları üçün 2012-ci il 9 oktyabr və 22 dekabr tarixlərində "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminarlar keçirilib.

Eyni zamanda etik davranış məsələləri üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2012-ci ildə görülmüş tədbirlər barədə illik hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya göndərilməsi və ictimaiyyətə açıqlanması təmin edilib.

Komitənin internet saytında "Etik davranış qaydaları" bölməsi yaradılıb. Həmin bölmədə müvafiq normativ hüquqi aktlar və etik qaydalar öz əksini tapıb. "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması tədbirləri ilə bağlı qeyd edilməlidir ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqları mövcud qanunvericiliyə uyğun qaydada qorunur. İddiaçılar tərəfindən daxil olan ərizə və şikayətlərə təxirə salınmadan baxılaraq müvafiq tədbirlər görülür.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin yeni yaradılmış Yasamal, Suraxanı, Nəsimi və Nizami rayon şöbələri üçün ayrılmış binalarda təmir işləri aparılmış, Səbail rayon şöbəsi üçün isə binanın yeri müəyyənləşdirilib. Şöbələr fiber-optik xətlərlə, kompüter, printer və ofis mebelləri ilə təchiz edilib. Müraciət edən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində və Sumqayıt Ərazi İdarəsində elektron növbəlilik aparatları quraşdırılıb.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlər müqabilində dövlət rüsumları və xidmət haqlarının ödənilməsinin avtomatlaşdırılması və ödəniş sistemləri infrastrukturuna texnoloji inteqrasiyası məqsədilə müvafiq şəbəkə əlaqəsinin və proqram təminatının hazırlanması, həmçinin uyğun bir ödəniş sisteminin yaradılması məqsədilə köməklik üçün "Kapital Bank"a müraciət olunub.

Bu işlərin görülməsinin mümkünlüyü ilə əlaqədar texniki imkanların və görüləcək işlərin alqoritminin müəyyənləşdirilməsi məqsədilə "Kapital Bank"ın mütəxəssisləri ilə bir neçə görüş keçirilib. İlkin mərhələdə bütün məsələlər ətrafında prinsipial razılıq əldə edilmiş və tələblər müəyyən edilib. "Kapital Bank"ın aidiyyəti struktur bölmələri ilə danışıqlar aparıldıqdan sonra bank və xidmət arasında fiber-optik kabelin çəkilişi üçün qiymət təklifi alınıb. Həmçinin proqram təminatının yazılması istiqamətində də müəyyən işlər aparılıb.

Ümumiyyətlə, Əmlak Məsələləri Dövlət Komitəsinin öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdiyi elektron xidmətlərlə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" ilə komitə üzrə müəyyən edilmiş elektron xidmətlərdən beynəlxalq layihələr çərçivəsində ayrılmış vəsait hesabına üçünün (daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu; müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı; daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu) tam işləməsi cari ilin may ayından etibarən təmin edilib. Müraciət edən şəxslər öz elektron imza kartlarından istifadə etməklə mövcud elektron xidmətlərdən sərbəst və maneəsiz şəkildə istifadə edə bilərlər.

Komitə bildirir ki, göstərilən elektron xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsilə onlayn müraciət edə bilər. Hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur. Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub.

Bu məqsədlə hazırlanmış "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq razılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı ilə bağlı 2012-ci ilin may-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərdən 1560 elektron müraciət daxil olub.

Bunlardan 1495-i müsbət həll olunub, 7-nin icrasından imtina edilib, 58-i isə icra olunmaqdadır: « Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı" ilə Əmlak Məsələləri Dövlət Komitəsi üzrə müəyyən edilmiş elektron xidmətlərdən müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin internet saytının elektron xidmətlər bölməsində aidiyyəti üzrə tələb olunan sənədlər və sifariş forması yerləşdirilmişdir». Hesabatda qeyd olunur ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə həyata keçirdiyi "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində ictimai agahlıq komponenti üzrə bir sıra tədbirlər həyata keçirilib:

«Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində müvafiq işlər davam etdirilir. Sözügedən Milli Fəaliyyət Planının icrası ilə bağlı komitənin növbəti il üçün İş Planı təsdiq edilmişdir».

Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL